Sabirabadda ağır qəza 3 nəfər öldü (FOTO)

27.11.2024

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Sabirabadda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Minbaşı kəndi ərazisində olub.

Belə ki, "Toyota” markalı avtomobillə "Daewoo” markall avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Ölənlər Sabirabad rayonunun Minbaşı kənd sakini 1992-ci il təvəllüdlü Umudov Samir Qurbanəli oğlu, Həşimxanlı kənd sakini 1993-cü il təvəllüdlü Abuzərova Salatın Rəhman qızı, Minbaşı kənd sakini 1971-ci il təvəllüdlü Hacıyev Manaf Poladxan oğludur.

Yaralılar Çölbeşdəli kənd sakini 1986-cı il təvəllüdlü Hüseynov Sakit Rəvan oğlu, 2017-ci il təvəllüdlü Umudov Əli Samir oğlu və 2016-cı il təvəllüdlü Umudova Nuray Samur qızı Şirvan xəstəxanasına yerləşdiriliblər.

Avtomobillərdə sıxılıb qalmış meyitlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, qeyd edilən yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Sabirabad rayonunun Qarağac kəndi ərazisində baş verib. "Daewoo” və "Toyota” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 3 nəfər - S.Umudov, M.Hacıyev və S.Abuzərova vəfat edib, 3 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью