Icma.az bildirir, Avtosfer portalına istinadən.
Sabirabad rayon, Osmanlı kənd ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyətləri məlum olub.
Avtosfer.az xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan üç nəfər (kişi) sentyabrın 24-də saat 18:15-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan üç nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir. Hadisə nəticəsində 1954-cü il təvəllüdlü şəxsin (kişi) xəstəxanayaqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.
***
Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimliyi məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Oktay Qurban oğlu Qasımovun idarə etdiyi "Hyundai" markalı avtomobillə əks istiqamətdən gələn Rahim Məzahir oğlu İbrahimovun idarə etdiyi VAZ-2106 markalı avtomobillər toqquşub.
Nəticədə VAZ-2106 markalı avtomobilin sürücüsü R.İbrahimov hadisə yerində ölüb, "Hyundai" markalı avtomobilin sürücüsü O.Qasımov, avtomobildə olan sərnişinlər - Kamal Mövsüm oğlu Qədirli və Mirəli Seyidhəşim oğlu Əskərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Fakta bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.