Sabirabadda ağır qəzada ölən və yaralananların adları məlum olub

29.08.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və yaralananların adları məlum olub.

Oxu.Az-ın məlumatına görə, Mircavad Seyidməmməd oğlu Mirqədirlinin idarə etdiyi avtomobillə Rahim Əlisa oğlu Əliyevin idarə etdiyi avtomobil toqquşub.

Hadisə nəticəsində sürücü R.Əliyev hadisə yerində ölüb, həmin avtomobildə olan sərnişinlər, 1962-ci il təvəllüdlü Mirtaleh Miryavər oğlu Talıbov, 1998-ci il təvəllüdlü Tənzilə Ağabala qızı Əliyeva, 2020-ci il təvəllüdlü Nilay Rahib qızı Əlizadə, digər avtomobilin sürücüsü Mircavad Mirqədirli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Samir Əli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью