Sabirabadda ağır yol qəzası baş verib, 3 nəfər ölüb

26.06.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabirabad, 26 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad rayonunda yük və minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük maşını ilə "QAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində Cəmil Məmmədli, Nihad Məmmədli və Fərid Hümbətov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью