Sabirabadda avtomobil beton dirəyə çırpıldı ÖIən var

15.10.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Əsgərbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Hacı Gülağa oğlu Əbilov QAZ-3110 markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını yol kənarındakı beton dirəyə vurub.

Nəticədə avtomobildə olan sərnişin, 1958-ci il təvəllüdlü Tofiq Hacıbala oğlu Ağammədov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Samir Əli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью