Sabirabadda avtomobil KamAz la toqquşdu Yaralanan var

10.02.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Unikal" xəbər verir ki, hadisə saat 18 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində baş verib.

"Mercedes" markalı avtomobil və "KamAz" markalı yük maşınının toqquşması zamanı xəsarət alan Anar Abbasov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib və dərhal təcili tibbi yardım göstərilərək həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью