Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

05.12.2024

Icma.az, Operativmedia saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Operativ Media" xəbər verir ki, hadisə saat 15 radələrində Sabirabad şəhərində qeydə alınıb. Elşad Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən, piyada Zaur Səfərovu vurub.

Ağır dərəcəli xəsarət alan piyada Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью