Sabirabadda avtomobil piyadanı vurub öldürüb

16.09.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil yolu keçən Cəbrayıl rayon sakini, 1979-cu il təvəllüdlü Əsədov Yalçın Arif oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью