Sabirabadda avtomobilin vurduğu piyada öldü

05.07.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin M. S. Ordubadi küçəsində qeydə alınıb.

Sabirabad şəhər sakini, 1985-ci il təvəllüdlü Əsgərov Amid Gülxan oğlu yolu keçən zaman "Mersedes" markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью