Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Sabirabad rayonunda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, hadisə yerindən videogörüntülər sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, hadisə Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb.
VAZ-2107 markalı avtomobilin maneəyə çırpılması nəticəsində Güdəcühür sakini 1987-ci il təvəllüdlü Rəşad Rafayıl oğlu Rəhimov hadisə yerində ölüb.
Qəza zamanı xəsarət alan Sabirabad rayonunun Güdəcühür kənd sakini, 2007-ci il təvəllüdlü Sahib Sədulla oğlu Baxışlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. Əzizə İsmayılova Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.