Sabirabadda bədii gimnastika üzrə ustad dərsləri təşkil olunub

30.07.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Sabirabad, 30 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad rayonunda yeniyetmə və uşaqlar üçün bədii gimnastika üzrə ustad dərsləri keçirilib.

Mil-Muğan Regional Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ustad dərsləri regional idarənin təşkilatçılığı ilə Sabirabad şəhər mərkəzi meydanında açıq hava şəraitində təşkil edilib. Yeniyetmə və uşaqlar üçün bədii gimnastika idman növü üzrə məşqçi müəllim Reyhan Məmmədzadə tərəfindən ustad dərsləri keçirilib.

Tədbirin təşkilində məqsəd rayonda bədii gimnastika idman növünün təbliği, inkişafı, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli keçirilməsidir.

Qeyd edək ki, bu kimi ustad dərslərinin regionun əhatə etdiyi digər rayonlarda da təşkil edilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью