Sabirabadda bir ailə qəzaya düşdü

21.09.2026

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib.

Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb.

Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 1999-cu il təvəllüdlü Mahirə Mahir qızı Fərzəliyeva və 2019-cu il təvəllüdlü övladları müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью