Sabirabadda dəm qazından zəhərlənən qadın ölüb AZƏRTAC

01.12.2024

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabirabad, 1 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında Sabirabad rayonu Axtaçı Muğan kəndində qeydə alınıb. Yaşadığı evdə dəm qazının təsirinə məruz qalan 1982-ci il təvəllüdlü Pərvanə Əliyeva ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью