Sabirabadda əməliyyat: 6 kq narkotik və avtomat...

13.01.2025

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Vüqar Müxtarov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Xalqcebhesi.az-a verilən məlumata görə, adıçəkilən şəxsdən 6 kiloqram narkotik vasitə marixuana, 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus patron darağı və 10 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, V.Muxtarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью