Sabirabadda ev yandı 4 nəfər öldü

04.06.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

İlkin məlumata görə, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Hadisə yerinə cəlb olunan nazirliyin yanğından mühafizə qüvvələri evdə dörd nəfərin meyitini aşkar ediblər.

Bildirilib ki, yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью