Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sabirabadda evlənmək məqsədilə qaçırıldığı bildirilən azyaşlı qızın və oğlanın yeri məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, noyabrın 19-da Sabirabad rayonunun Cavad kənd sakini, 2009-cu il təvəllüdlü oğlanın 2011-ci il təvəllüdlü qızı evlənmək məqsədilə qaçırması ilə bağlı qızın atası polisə müraciət edib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində qız və oğlan kənd ərazisində tapılaraq valideynlərinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.