Sabirabadda faciə: bir ailənin 4 üzvü yanaraq ÖLDÜ ADLAR

04.06.2025

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sabirabaddakı yanğında həlak olan şəxslərin kimliyi məlum olub.

Modern.az APA-ya istinadən xəbər verir ki, Muğan Gəncəli kənd sakini, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızına məxsus, ümumi sahəsi 240 kv. metr olan fərdi yaşayış evi yanıb.

Hadisə zamanı ev sahibinin oğlu, 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, gəlini, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, nəvələri, 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı ölüb.

***

07:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

Modern.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.

İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.

Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью