Sabirabadda fərdi yaşayış evi yanaraq külə dönüb

31.12.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Sabirabad rayonunda fərdi yaşayış evi yanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Əliyev Əlixudaya məxsus fərdi yaşayış evi anidən alovlanıb.

FHN nin Sabirabad Yanğından mühafizə hissəsinin yanğınsöndürənləri yanğını söndürüb və alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq kül olub.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью