Sabirabadda izləyicilərini söyən tiktoker HƏBS OLUNDU

24.06.2026

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"TikTok" sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadlər işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Sabirabad rayon sakini 27 yaşlı Mirabbas Xuduzadə "TikTok" platformasında canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib. 

O, müvafiq qərarla inzibati qaydada həbs edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью