Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sabirabadda əxlaqsızlıq yuvası təşkil edən qadın saxlanılıb.
Lent.az-ın məlumatına görə, hadisə Şəhriyar kəndində baş verib.
61 yaşlı Leyla Məhərrəmova (ad və soyad şərtidir) kənd ərazisində icarəyə götürdüyü kafenin arxa otağını çarpayı və yataq dəsti ilə təchiz edib. Kafedə ofisiant kimi işə götürdüyü qadına isə müştəri qismində gələn kişilərlə cinsi əlaqədə olmağı təklif edib. Nəticədə zərərçəkən qadın onunla razılaşıb və kafeyə gələn bir neçə kişi ilə cinsi əlaqədə olub.
Zərərçəkənin sözlərinə görə, müştəriləri Leyla özü tapıb. Ofisiantı həmin kişilərlə 20 və 40 manat pul qarşılığında görüşdürüb. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları cinayətdən xəbər tutaraq, əxlaqsızlıq yuvasına çevrilən kafedə əməliyyat keçiriblər. Polis əməkdaşları zərərçəkəni bir kişi ilə cinsi əlaqədə olduqları halda aşkar ediblər.
Nəticədə kafenin icarədarı və obyekti əxlaqsızlıq yuvasına çevirən Leyla Məhərrəmova saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. O, fahişəliyə cəlbetmə və fahişəlik üçün əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinib.
Sabirabad rayon Məhkəməsinin hökmü ilə o, 464 saat ictimai işlər cəzasına məhkum edilib.