Sabirabadda kombayn kanala aşıb, sürücü ölüb

25.12.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabirabadda kombayn kanala aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Sarxanbəyli kəndində qeydə alınıb.

Kənd sakini 1988-ci il təvəllüdlü (37yaş) Kərimov Nurlan Zəbulla oğlu idarə etdiyi pambıqyığan kombaynla kəndin ərazisindəki “Mil-Muğan” dren-kollektorun üzərindəki körpüdən keçərkən körpünün uçması nəticəsində kombayn kanala aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью