Sabirabadda körpə ölümünə səbəb olan mama ginekoloq sənədi saxtalaşdırıbmış DETALLAR

02.02.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Bir müddət əvvəl məhkəməsi başa çatan Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinin mama-ginekoloqu Naibə Mahmudovanın cinayət işində bir sıra maraqlı məqamlar qeydə alınıb.
Bizim.Media “Teleqraf.az”a istinadən xəbər verir ki, həkim səhlənkarlığı səbəbindən doğum evində 1989-cu il təvəllüdlü Günay Ağayevanın yenidoğulmuş uşağının ölümünə səbəb olan N.Mahmudovanın başqa bir əməli də üzə çıxıb.
Məlum olub ki, Naibə Mahmudova törətdiyi cinayət əməlini ört-basdır etmək üçün vəzifə saxtakarlığına da əl atıb.
Belə ki, mama-ginokoloq cinayət məsuliyyətindən yayınmaq niyyətilə rəsmi sənəddə guya onun tərəfindən aparılmış müayinə zamanı bətndaxili dölün ölü olduğunun aşkarlandığını qeyd edib.
 

Bundan əvvəl isə Naibə Mahmudova tibbi yardımı tam həcmdə göstərməyib, doğuşdan öncə dölün vəziyyətinin düzgün qiymətləndirməyib, tibbi göstəriş olmasına baxmayaq, əməliyyatı gecikdirib, nəticədə yeni doğulmuş uşağın ölmünə səbəb olub.


Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Günay Ağayeva bildirib ki, hamiləlik dövründə uşaqda hər hansı bir patologiya olmayıb:
“Doğuş sancılarını hiss etdikdən sonra həyat yoldaşımla xəstəxanaya getdik. Növbətçi həkim Naibə Mahmudova məni qəbul etdi. Həkimin göstərişi ilə qəbul şöbəsində tibb bacısı uşağın ürək döyüntülərini aparatla yoxladı və heç bir problem olmadığını bildirdi. Sonra uşaqlıq boynunda açılış az olduğuna görə digər tibb bacısına göstəriş verib məni palataya yerləşdirdi. Bundan sonra, tibb bacısı sancılarının güclənməsi üçün Naibə həkimin göstərişi əsasında mənə 30 dəqiqə fasilə ilə iki ədəd dil altına qoymaq üçün dərman preparatı verdi. Həmin dərmanlardan sonra sancılar şiddətləndi. Buna baxmayaraq, Naibə həkim məni müayinə etməyə gəlmədi. Şiddətli sancılarla su və qan gəlmiş vəziyyətdə saatlarla ağrılar içində palatada qaldım. Gecə saat 4 radələrində Naibə həkim yarı yuxulu vəziyyətdə palataya daxil oldu və mənə baxandan sonra əsəbiləşərək tibb bacısını çağırdı.
Dölün ürək döyüntüləri yoxlandıqdan sonra tibb bacısı uşağın ürək döyüntülərinin zəifləməyə başladığını bildirdi, bu zaman Naibə Mahmudova müalicə həkimimin gəlməsini tələb etdi.
Bundan sonra uşaqla bağlı problem olduğunu hiss etsəm də, tam olaraq nə baş verdiyini anlaya bilmədim. Naibə həkim də heç bir məlumat vermədi. Naibə Mahmudova məni əməliyyat masasasının üzərinə çıxarıb bir daha müayinə etdi. Həmin an ağrılara dözə bilmirdim.
N.Mahmudova dedi ki, müalicə həkimi gələnə qədər gözləməyə məcburdur. Təxminən 3 saat sonra müalicə həkimi gəldi və dərhal əməliyyata alınmalı olduğumu bildirdi.
Uşaq götürüldükdən sonra körpəni görmədim, Naibə Mahmudova uşağın küveycə yerləşdiriləcəyini bildirdi, lakin ölü doğulması barədə mənə heç bir məlumat verilmədi. Saat 23:00-da doğuş sancıları ilə xəstəxanaya daxil olanda uşaq diri idi, bətnimdə hərəkətlərini hiss edirdim".
Qeyd edək ki, baş verən hadisəyə görə Naibə Mahmudova 1 il mama-ginekoloq faliyyətindən məhrum edilib. Bundan başqa, onun azadlığı 3 il müddətinə (elektron qolbaq) məhdudlaşdırılıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью