Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sabirabad rayonunda ölümlə nəticələnən qəzanın səbəbi məlum olub.
Oxu.Az İTV-yə istinadən xəbər verir ki, körpünün uçması nəticəsində pambıqyığan kombayn ərazidən keçən kanala aşıb.
Ərazidən görüntüləri təqdim edirik:
10:54
Sabirabad rayonunda pambıqyığan kombayn qəzaya uğrayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Sərxanbəyli kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Nurlan Zəbulla oğlu Kərimov kombaynla hərəkətdə olarkən idarəetməni itirərək, texnikanı körpüdən kanala aşırıb. N. Kərimov hadisə nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli