Sabirabadda mağaza yanıb

28.01.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabirabadda yanğın olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Qardaşkənd kəndində kənd sakini, Nicat Həsənova məxsus ümumi sahəsi 300 m² olan ərzaq və geyim mağazasının yanar konstruksiyaları yanıb.

Bitişik anbar və digər mağaza yanğından mühafizə olunub. Yanğın Sabirabad yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью