Sabirabadda maşın maneəyə çırpıldı: ölən var

31.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Sabirabadda minik avtomobili maneəyə çırpılıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb.

VAZ-2107 markalı avtomobilin maneəyə çırpılması nəticəsində Güdəcühür sakini 1987-ci il təvəllüdlü Rəşad Rafayıl oğlu Rəhimov hadisə yerində ölüb.

Qəza zamanı xəsarət alan Sabirabad rayonunun Güdəcühür kənd sakini, 2007-ci il təvəllüdlü Sahib Sədulla oğlu Baxışlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью