Sabirabadda məktəb direktoru işdən çıxarıldı

26.11.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Sabirabad rayonu Əsgər Şərbətov adına Çiçəkli kənd tam orta məktəbinin direktoru Bayram Qasımov vəzifəsindən azad edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Oxu.az-a Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, sözügedən məktəbdə qurum tərəfindən monitorinqlər aparılıb.

Aparılan monitorinqdən sonra məktəbin direktoru Bayram Qasımovun fəaliyyətində nöqsanlar aşkar edilib, bununla əlaqədar olaraq onun əmək müqaviləsinə xitam verilməsi üçün müvafiq əmr imzalanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью