Sabirabadda məktəbli qızın meyiti tapıldı

08.08.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Sabirabad rayonunda yeniyetmə qızın meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə avqustun 7-si saat 17 radələrində Çığırğan kəndində baş verib.

Kənd sakini 2010-cu il təvəllüdlü G.M.-in meyiti yaşadığı evin həyətində aşkar edilib.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью