Sabirabadda mikroavtobusun vuraraq öldürdüyü qadının kimliyi məlum olub VİDEO YENİLƏNİB

25.04.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sabirabad şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, İmişli rayon sakini Səbuhi Hacıyev idarə etdiyi "Ford" markalı mikroavtobusla hərəkətdə olarkən, yolu keçmək istəyən Sabirabad sakini – 1976-cı il təvəllüdlü Ruhiyyə Əliyevanı vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.


***
2026
Sabirabad şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Yolu keçmək istəyən Sabirabad sakini — 1976-cı il təvəllüdlü Əliyeva Ruhiyyə Zülfəli qızı mikroavtobus tərəfindən vurulub.

Ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

https://t.me/apa_az/97221

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью