Sabirabadda ötən il istehsal olunan məhsulun həcmi 10,9 faiz artıb

30.01.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabirabad, 30 yanvar, AZƏRTAC

Ötən il Sabirabad rayonunda istehsal olunan məhsulun həcmi 10,9 faiz, sənaye məhsulu 9,2 faiz, rabitə xidməti 67,1 faiz, pərakəndə ticarət dövriyyəsi 1,3 faiz, əsas kapitala yönəldilən investisiya 18,6 faiz, tikinti-quraşdırma işlərinin həcmi 68,0 faiz çox olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, kənd təsərrüfatı üzrə məhsul istehsalı əvvəlki illə müqayisədə 51 milyon 52 min manat və ya 9,1 faiz artaraq, 613 milyon 473 min manat təşkil edib. Məhsulun 329 milyon 587 min manatı və ya 53,7 faizi heyvandarlıq, 283 milyon 855 min manatı və ya 46,3 faizi bitkiçilik sahəsindən əldə olunub.

2025-ci ildə rayonda Məşğulluq Mərkəzinə 1551 nəfər işaxtaran və işsiz vətəndaş müraciət edərək qeydiyyata alınıb, 1121 nəfər, o cümlədən 649 nəfər qadın münasib işlə təmin olunub, 41 nəfər işaxtaran və işsiz vətəndaş özünüməşğulluq proqramına cəlb edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью