Sabirabadda “Prado” ilə toqquşan “Mercedes” yol kənarına düşdü VİDEO

05.02.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Sabirabad royunu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza fevralın 5-də səhər saatlarında Xəlfəli kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı maşın, 99-MD-344 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobillə toqquşub. İddialara əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Zərbənin təsirindən “Mercedes” yol kənarına düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə maddi ziyan dəyib.

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью