Sabirabadda qadın piyadanı avtomobil vurub öldürdü

29.09.2026

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

Sabirabad şəhər sakini, 1980-ci il təvəllüdlü Məmmədov Samir Alməmməd oğlu idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada - Sabirabad rayonunun Qalağayın kənd sakini, 1956-cı il təvəllüdlü Hüseynova Püstəxanım Bahadur qızını vurub.

Ağır xəsarətlər alan piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью