Icma.az bildirir, Teleqraf.com portalına istinadən. Sabirabad rayonunda ağır yol qəzası baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qarağac kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, dəmir yolu keçidinin yaxınlığında iki avtomobil toqquşub.
Qəzada müxtəlif dərəcəli xəsarət alan beş nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.