Sabirabadda sirkə turşusundan zəhərlənən qadın öldü

23.11.2024

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sabirabad rayonunda sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə, Sabirabad rayonunun Güdəcühür kəndində məskunlaşan Cəbrayıl rayonunun Şahvəlli kənd sakini, 1957-ci il təvəllüdlü Əhmədova Pəkuzə Məhəmməd qızı sirkə turşusundan zəhərlənib.

O, Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Lakin həkimlərin səyinə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью