Sabirabadda “VAZ” yük maşınına çırpıldı VİDEO

18.12.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Sabirabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 18-də səhər saatlarında Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili, 99-JM-802 dövlət nömrə nişanlı “Mercedes Atego” markalı yük maşınla toqquşub. İlkin ehtimallara əsasən, qəzaya səbəb yolayrıcının keçilməsi qaydasınının pozulması olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. 

Qeyd edək ki, fakrta bağlı araşdırma aparılır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью