Sabirabadda yanğın var FOTOLAR

03.09.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Sabirabadd rayonunda ot bağlamaları yığılmış yardimçı tikili yanır.

Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə rayonun Məmişlər kəndində qeydə alınıb.

Kənd sakini Tağıyev Nəriman Əliağa oğluna məxsus yardımçı tikili anidən alovlanıb. Xeyli sayda ot bağlaması olan tikilidə alovun əhatə dairəsi daha da genişlənib.

Hadisə yerinə FHN-nin Sabirabad Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью