Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Sabirabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, həmyaşıdlar arasında baş verən mübahisə zəminində Sabirabad rayonunun Xəlifəi kənd sakini, 2007-ci il təvəllüdlü M.Ə. bıçaqlanıb. Bir neçə bıçaq zərbəsi alan yeniyetmə Şirvan xəstəxanasına yerlədirilib və əməliyyata götürülüb.
Faktla bağlı Sabirabad Polis şöbəsində araşdırma aparılır.