Sabirabadda yol qəzası oldu, beş nəfər xəsarət aldı KONKRET

27.11.2024

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qarağac kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, dəmir yolu keçidinin yaxınlığında iki avtomobil toqquşub.

Qəzada müxtəlif dərəcəli xəsarət alan beş nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./report

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью