Sabirabadda yol qəzası olub, beş nəfər xəsarət alıb

27.11.2024

Icma.az, Anews saytına istinadən bildirir.

Sabirabadda  yol qəzası zamanı 5 nəfər xəsarət alıb. 

"Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qarağac kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, dəmir yolu keçidinin yaxınlığında iki avtomobil toqquşub.

Qəzada müxtəlif dərəcəli xəsarət alan beş nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью