Sabirabadda yol qəzası olub: Beş nəfər xəsarət alıb | Icma.az
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır. Sabirabad rayonunda ağır yol qəzası baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qarağac kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, dəmir yolu keçidinin yaxınlığında iki avtomobil toqquşub.
Qəzada müxtəlif dərəcəli xəsarət alan beş nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu