Sabirabadda yol qəzası olub, üç nəfər ölüb | Icma.az
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq. Sabirabadda baş verən yol qəzasında 3 nəfər ölüb.
Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, bu gün səhər saatlarında rayonun Qarağac kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi zamanı Sabirabad sakinləri- Umudov Samir Qurbanqulu oğlu, Hacıyev Manaf Poladxan oğlu və Şirvan şəhər sakini Abizərova Salatı Rəhman qızı ölüb.
Hadisə nəticəsində xəsarət alan iki nəfər isə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu