Sabirabadda yol qəzası olub, üç nəfər ölüb AZƏRTAC

27.11.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Sabirabad, 27 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında rayonun Minbaşı kəndində qeydə alınıb. Qəza zamanı Samir Umudov, Manaf Hacıyev, Salatın Abuzərova ölüb. Xəsarət alan üç nəfər - Sakit Hüseynov, Nuray Umudova və Əli Umudov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onların səhhətinin orta ağır olduğunu bildirirlər. Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью