Sabirabadda yol qəzası olub, xəsarət alan var

10.02.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Sabirabadda yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan-Sabirabad magistralında qeydəə alınıb. “Mercedes” markalı avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə “Mercedes”də olan İmişli sakini, 1975-ci il təvəllüdlü Abbasov Anar Gürşad oğlu xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью