Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Sabirabad rayonunda ağır yol qəzası baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qarağac kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, dəmir yolu keçidinin yaxınlığında iki avtomobil toqquşub.
Qəzada müxtəlif dərəcəli xəsarət alan şəxslər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda yaralıların sayı və şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Bizim WhatsApp kanalımıza abunə olun Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.