Sabirabadda yol qəzasında ata və oğlu xəsarət alıb | Icma.az
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir. Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı ata və oğlu xəsarət alıb.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Sabirabad şəhərində, Dövlət İqtisad Kollecinin yaxınlığında qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobil motosikletlə toqquşub.
Qəza nəticəsində Sabirabad şəhər sakinləri: 1983-cü il təvəllüdlü Həsənov Zamin Nuhu oğlu və oğlu, 2011-ci il təvəllüdlü Həsənli Nuhu Zamin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu