Sabirabaddakı qəzada ölənlərin kimliyi bilindi Yenilənib

26.06.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gecə rayonun Nizami kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “QAZ-24” markalı avtomobil qarşıdan gələn yük avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər kənd sakini hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Sabirabadda baş verən qəza zamanı ölənlərin kimliyi məlum olub.

Vəfat edənlər hadisə zamanı minik avtomobilində olan kənd sakinləri Cəmil Məmmədli, Nihad Məmmədli və Fərid Hümbətovdur.

Ziya Əmirxanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью