Sabitlik kimə sərf etmir? | Icma.az
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Yeni mövsümdən premyer-liqada çıxış edəcək “İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlovun müsahibəsini oxuyuram.
Portuqaliyalı mütəxəssislə danışıq apardıqlarını, komandanı əcnəbi çalışdırıcıya tapşırmaq fikrində olduqlarını gizlətməyib.
Sitat: “Baş məşqçi postuna əsas namizəd portuqaliyalı Kriştiano Souzadı. Son turda “Difai” ilə oyunumuzu canlı izlədi.
Onunla ilkin danışıq olub, amma hələ yekun razılaşma yoxdu. Möhlət istəyib, cavabını gözləyirik”.
Bəzən Azərbaycan futbolunda başverənlərə, futbolumuzu idarə edənlərin bu idman növünə olan baxışlarına, işlərinə yanaşmasına çox təəccüblənirəm.
Onları anlamağa çətinlik çəkirəm.“İmişli” rəhbərliyinin baş məşqçi postuna gətirməyi arzuladığı Kriştiano Souzanın son klubu Çexiyanın 3-cü liqa təmsilçisi “Znojmo” olub.
3-cü liqa klubunda çalışan, fövqaladə hansısa istedada, uğura malik olmayan birinin, çox güman, qaşına-gözünə aşiq olublar.
Tam oxu
Xəbəri oxu