Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
““Dünya insanı” modelinin formalaşması müasir dövrün qaçılmaz reallığıdır”.
Bakupost.az xəbər verir ki, bu barədə təhsil mütəxəssisi, dosent Şəmil Sadiq bildirib.
Onun sözlərinə görə, bu prosesin yeni nəslin daha tolerant, ünsiyyətcil və açıqfikirli böyüməsi kimi müsbət tərəfləri olsa da, milli kimliyin zəifləməsi, dəyərlərin itməsi riski daha böyükdür:
“Mən “Ay aman, qoymayın, dünya dağılacaq” düşüncəsində deyiləm. Yaxşı şeylər həmişə görüb-götürməklə olur. “Çox oxuyan yox, çox gəzən çox bilər” atalar sözü də buna misaldır. Qədim zamanlarda çox az adamın dünya ilə tanışlığı mümkün idi. Bu da müəyyən yaşdan, müəyyən dünyagörüşü formalaşandan sonra baş verirdi və el-obasına dönən şəxs yaxşı nümunələrin daşıyıcısı və təqdimatçısı olurdu. İndi isə yaşından, cinsindən asılı olmayaraq hər kəs dünyanı virtual gəzir, tanış olur. Hələ bu, uşaq olarsa, o zaman düşünülməmiş addımlar, özündən asılı olmayaraq alt şüura yerləşən qarışıq mədəniyyətlər təhlükəli olur. Bu gün dünyanın hər yerində uşaqların sevdiyi yemək qızardılmış kartofdur, geyim tərzi, musiqi, film zövqü eynidir. Bunun təhlükəli tərəfi odur ki, dünyanın rəngarəngliyi pozulur. Şablon insan modeli formalaşır. Dünyada var olmanın, güc olmanın əsas amili özün olmaq, özün kimi olmaq, yaşamaqdır. Belə olanda başqaları üçün də maraqlı və həyəcanlı olursan”.
Yasəmən,
BakuPost