Şabran məktəbinin hazırlıq qrupunda oxuyan uşaq qəfil VƏFAT EDİB ÖZƏL

28.01.2025

Icma.az, Bizim media saytına istinadən bildirir.

Şabran rayonunun Zeyvə kənd tam orta məktəbində 5 yaşlıların hazırlıq qrupunda təhsil alan oğlan uşağı qəfildən vəfat edib.
Bizim.Media-nın yerli bürosunun kənd məktəbinin müəllimlərindən əldə etdiyi məlumata görə uşağın hər hansı xəstəliyi olmayıb. Evdə oynayarkən qəfil yıxılıb. Valideynləri dərhal uşağı
Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
İlkin olaraq uşağın ürək tutmasından vəfat etdiyi deyilir. Məktəblinin soyuqdəymədən öldüyü versiyası da iddia olunur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью