Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Şabranda məktəblilər arasında insident baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi digər məktəblərin iki şagirdi tərəfindən mübahisə zəminində döyülüb. Hadisə zamanı məktəblinin burnu sınıb.
Məlumata görə, 9-cu sinif şagrdini döyənlər Şabran şəhər Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin və Şabran şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləridir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya bildirilib ki, Şabran rayonunda məktəblilər arasında baş verən insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır:
“Hadisə nəzarətə götürülərək müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək”.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu