Icma.az, Azertag portalına istinadən məlumat verir. Şabran, 21 oktyabr, Elxan Yusifli, AZƏRTAC Şabranın badam bağlarında məhsul yığımı başa
Şabranda toplanan badam yerli bazarda satılır. Bağlardan toplanan məhsul qurudulduqdan sonra Bakı şəhərindəki qəbul məntəqələrinə təhvil ver
Rayondakı badam bağlarının 112 hektarı intensiv üsulla becərilir.
Buna görə də hər il həmin bağlara görə fermerlərə dövlət tərəfindən bir hektara 800 manat subsidiya ödənilir.
Son illərdə şimal bölgəsində ən çox badam bağı Siyəzən rayonu ərazisində salınıb.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası nəticəsində rayonda yeni istifadəyə verilən suvarılan torpaqlarda 200 hektar sahədə badam ağacları əkilib.
Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, hazırda rayonda badam bağlarının ümumi sahəsi 230 hektardır.
Bağların 185 hektarı intensiv, 45 hektarı isə ənənəvi üsulla becərilir. Bu il Siyəzənin badam bağlarından 30 tona yaxın məhsul əldə edilib.